Xəbərlər

“Dron koalisiyası” Ukraynanı on minlərlə dronla təmin edəcək

“Dron koalisiyası” və “dəniz koalisiyası”nın tərkibinə daxil olan ölkələr 2025-ci ilin yanvarından etibarən “Ramstein” formatı çərçivəsində Ukraynanı müxtəlif növ “on minlərlə” dronla təmin etməyə başlayacaq.

“Füyuzat”ın məlumatına görə, bunu Böyük Britaniya müdafiə nazirinin müavini Lyuk Pollard bildirib.

“Mən təsdiq edə bilərəm ki, yanvar ayında əhəmiyyətli dəyişiklik gözlənilir. Biz Norveç və Latviyadan olan tərəfdaşlarımızla birgə rəhbərlik etdiyimiz dəniz və pilotsuz avadanlıqlar koalisiyaları vasitəsilə on minlərlə dron tədarük etməyə başlayacağıq”, – deyə “European Pravda” Pollarddan sitat gətirib.

Nazir müavini həmçinin qeyd edib ki, Britaniya hökuməti Ukrayna ilə işləməyə davam edəcək, onun NATO-ya üzv olmağa doğru irəliləməsinə töhfə verəcək.