Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Zəfər Günü ilə bağlı konsert proqramı təşkil olunub.
“Füyuzat”ın məıumatına görə, bu barədə DTX-dən məlumat verilib.
Bildirilib ki, DTX-nin Mədəniyyət Mərkəzində təşkil olunmuş 8 Noyabr – Zəfər Gününə həsr olunan konsert proqramında DTX-nin əməkdaşları, Heydər Əliyev adına Akademiyanın kursantları və Xidmətin “N” saylı hərbi hissəsinin əsgərləri iştirak ediblər. Məlumata görə, konsertdə tanınmış mədəniyyət və incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda mahnıları və zəfər nəğmələri səsləndirilib.