Xəbərlər

“Dublin” ədəbiyyat mükafatının qalibi açıqlandı

Rumın yazıçısı Mirça Kartaresku “Solenoid” əsəri ilə “Dublin” ədəbiyyat mükafatını qazanıb.

“Füyuzat” “Kulis”ə istinadən xəbər verir ki, Kartarerskunun romanı 1970-ci illərin sonu 1980-ci illərin əvvəllərində kommunist Rumıniyadakı həyat reallıqları, o cümlədən ərzaq məhsulları üçün uzun növbələr, təhsil sisteminin absurdluğu və səfalət haqqındadır.

25-dən çox kitabı çap edilən və əsərləri 23 dilə tərcümə olunan yazıçı mükafatın onun ən mühüm ədəbi uğurlarından biri olduğunu deyib.

Qeyd edək ki, münsiflər heyətinə “Dublin Trinity” kollecinin professoru Kris Moraş sədrlik edirdi.