“Fələstindəki hərbi əməliyyatlar təxminən 14-20 milyard dollar dəyərində dağıntılara səbəb olub”.
“Füyuzat”ın məlumatına görə, bunu Dünya Bankının (DB) Prezidenti Acay Banqa “Reuters” müxbirinə müsahibəsində bildirib.
“Dünya Bankının BMT və Avropa İttifaqı (Aİ) ilə birgə apardığı cari hesablamalara görə, Fələstinə dəyən ziyan təxminən 14-20 milyard dollara yaxındır. Bu müharibənin iqtisadi ziyanı onun nə qədər yayılacağından asılıdır. Əgər o, daha çox yayılmasa, bu, çox güman ki, qlobal iqtisadi sistemə daha az ziyan vuracaq”, – Banqa vurğulayıb.