Dünya Bankı 2023-cü ilin fevralında Türkiyədə baş vermiş zəlzələlərdən zərər çəkmiş bölgələrdə məşğulluğu və iqtisadiyyatı canlandırmaq üçün 500 milyon dollar maliyyə dəstəyinin ayrılmasını təsdiqləyib.
“Füyuzat”ın məlumatına görə, bu barədə bankın açıqlamasında bildirilib.
“Ayrılan maliyyədən 2023-cü ilin fevralında baş verən zəlzələdən zərər çəkmiş Türkiyənin bölgələrində məşğulluq yaratmaq və müəssisələrin dəstəklənməsi üçün istifadə olunacaq. Layihə Türkiyənin zəlzələdən zərər çəkmiş bölgələrinə dəstək olmaq məqsədi daşıyan əhatəli Dünya Bankı paketinin bir hissəsidir”, – məlumatda bildirilib.



