Xəbərlər

Dünya klassik kinosu Azərbaycan dilində nümayiş olunacaq

Dünya klassik kinosu Azərbaycan dilində nümayiş olunacaq

“Füyuzat”ın məlumatına görə, bu barədə Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) məlumat verib.

AKİ-nin yeni layihəsinə əsasən, İttifaqın yeni kinozalında hər həftənin cümə günü, saat 19:30-da dünya klassik filmləri Azərbaycan dilində tamaşaçılara təqdim olunacaq. Bununla yanaşı, izləyicilər Azərbaycan klassik filmlərini və tələbə filmlərini də izləmək imkanı əldə edəcəklər. Bura Federiko Fellininin “Orkestrin məşqi”, Nikita Mixalkovun “Şahidsiz” və “Urqa”, Kira Muratovanın “Qısa görüşlər”, Aleksey Germanın “20 müharibəsiz gün” və “Yollarda yoxlanış” və s. xarici və Elmar İmanovun “Mövsümün sonu”, İmam Həsənovun “Müqəddəs inək”, Çingiz Rəsulzadənin “Kuklalar”, İlkin Yusifin “Mən qəhrəman axtarıram” və digər yerli filmlər daxildir.

Layihə cəmiyyətin estetik zövqünün inkişafına xidmət edir, kino sənətini yalnız əyləncə vasitəsi deyil, həm də maarifləndirici və mədəni dəyər daşıyan sahə kimi təqdim edir. Eyni zamanda, gənc nəsildə kino yaradıcılığına maraq oyadaraq, onların gələcəkdə Azərbaycan kino sənətinə töhfə verməsi üçün zəmin yaradır.

Nümayişlərin tarixi və məkan haqqında tezliklə ətraflı məlumat veriləcək.