Xəbərlər

Dünya Robot Konfransı: İnsanabənzər robotlar gündəlik həyata daxil olur

Çinin paytaxtı Pekində keçirilən Dünya Robot Konfransında “EX Robots” və “Astribot Co.” modellər də daxil olmaqla 20-dən çox real insanabənzər robot nümayiş etdirilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “euronews” məlumat yayıb.

Qeyd edilib ki, adı çəkilən hər iki şirkət bu il robotlarını kommersiyalaşdırmaq niyyətindədir.

Robotların üç il ərzində laboratoriya istifadəsindən real həyatdakı tətbiqlərə sürətlə keçəcəyi gözlənilir.