Dubay növbəti iddialı layihəsi ilə yenidən diqqət mərkəzindədir.
“Füyuzat” xəbər verir ki, şəhər rəhbərliyi dünyada ilk dəfə bir küçənin tamamilə qızılla örtülməsi planını açıqlayıb.
Layihənin əsas məqsədi turistlərin və sosial media fenomenlərinin diqqətini cəlb etməkdir.
Qızılla örtülmüş küçə zərgərlik sektoru üçün xüsusi olaraq dizayn edilən və “Gold district” adlandırılan iri layihənin tərkib hissəsi olacaq. Bu ərazi alıcıları, turistləri və sənaye nümayəndələrini bir məkanda birləşdirməyi hədəfləyir.
Məlumata görə, “Gold district”də 1000-dən çox qızıl, zərgərlik və kosmetika mağazası fəaliyyət göstərəcək. “Gold district”in Dubayın ən qədim ticarət məkanlarından biri olan Qızıl Bazara yaxın yerləşməsi layihəni daha da cəlbedici edir. Ziyarətçilər burada həm tarixi bazarı gəzə, həm də lüks mağazalarda alış-veriş edə biləcəklər.



