Tacikistan Prezidenti Emoməli Rəhmon Yaponiyanın Baş naziri Fumio Kişida ilə telefon danışığı aparıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Tacikistan liderinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Rəhmon söhbətdə Tacikistan tərəfinin Yaponiyanın bu yaxınlarda planlaşdırılan çoxtərəfli və ikitərəfli görüşləri təxirə salmaq qərarını başa düşdüyünü vurğulayıb.
Tacikistan Prezidentinin mətbuat xidməti əlavə edib ki, söhbət zamanı Rəhmon və Kişida Düşənbə ilə Tokio arasında əlaqələrin perspektivlərini də müzakirə edib, beynəlxalq və regional gündəlikdəki məsələlər ətrafında fikir mübadiləsi aparıblar.