Xəbərlər

Düşənbədə Şərq xalqlarının ənənəvi dəyərlərinə həsr olunmuş beynəlxalq forum açılıb

Düşənbədə Rusiya-Tacikistan Universitetinin (RTSU) ərazisində “Şərq və müasir dünya xalqlarının ənənəvi dəyərləri” mövzusunda beynəlxalq forum açılıb.

“Füyuzat”ın məlumatına görə, tədbirdə Rusiyadan, Türkiyədən, Tacikistandan elm adamları və diplomatlar, eləcə də digər dövlətlərin Düşənbədə yerləşən səfirliklərinin nümayəndələri iştirak ediblər.

“Rusiyada, Tacikistanda və Türkiyədə xalqların ənənəvi mədəniyyətinə və dəyərlərinə xüsusi diqqət yetirilir. Çox böyük iş görülüb və bu iş davam etdirilməlidir, bizim forum bu missiyanı davam etdirir. Mən Tacikistanın hörmətli prezidentinə, bütün tacik dostlarımıza, RTSU-ya minnətdaram ki, bu istiqamətdə birlikdə işləyirik”, – Rusiya hökuməti yanında Maliyyə Universitetinin professoru, Dağıstanın keçmiş rəhbəri, Rusiya prezidentinin İslam Əməkdaşlıq Təşkilatındakı keçmiş daimi nümayəndəsi Ramazan Abdulatipov bildirib.

Tacikistanın xarici işlər naziri Sirociddin Muxriddin isə qeyd edib:

“Biz əminik ki, bu forum Şərq sivilizasiyalarının mədəniyyətlərarası dialoqunun genişləndirilməsinin yeni formalarının axtarışına öz töhfəsini verəcək”.

Qeyd edək ki, forum aprelin 15-16-da davam edəcək.