Efiopiyada sərnişinləri daşıyan yük maşınının çaya aşması nəticəsində azı 60 nəfər həlak olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Efiopiya Regional kommunikasiyalar bürosu məlumat yayıb.
Bildirillir ki, insident bazar günü axşam saatlarında Bona bölgəsində baş verib.
“Sağ qalanlar hazırda Bonadakı ümumi xəstəxanada müalicə olunurlar”, – məlumatda deyilir.