Xəbərlər

Əfqanıstan BRİCS sammitində iştirak edə bilər

“Əfqanıstan nümayəndə heyəti BRİCS-in Kazanda keçiriləcək sammitində və ya təşkilatın növbəti sammitində iştirak edə bilər”.

“Füyuzat”ın məlumatına görə, bunu Taliban hökumətinin ticarət və sənaye naziri Nuriddin Əzizi deyib.

“Biz faktiki olaraq məktub yazdıq və göndərdik. BRİCS-in məsul şəxsləri bizim məktubumuzu nəzərdən keçirirlər. Ola bilsin ki, biz bu dəfə və ya növbəti dəfə BRİCS sammitində iştirak edək”, – Əzizi bildirib.