Əfqanıstanın Nanqarhar əyalətində güclü yağışlar Əfqanıstanda daşqınlar nəticəsində 40 nəfər ölüb, 347 nəfər yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə Əfqasıntan Səhiyyə Nazirliyi məlumat verib.
Qeyd edilib ki, əyalətin mərkəzində, Pakistanla sərhəddə yerləşən Cəlalabad şəhərində, Sux Rod bölgəsində və qonşu rayonlarda böyük dağıntılar baş verib.
Xatırladaq ki, Əfqanıstanda may ayından bəri davam edən leysan yağışlar və daşqınlar nəticəsində 400-dən çox insan həyatını itirib, minlərlə insan evsiz qalıb.