Əfqanıstanın qərbində yerləşən Herat vilayətində məscidə hücum olub, nəticədə 6 nəfər ölüb, 1 nəfər yaralanıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Pahjwok” agentliyi məlumat yayıb.
Məlumata görə, hücumu naməlum şəxs həyata keçirib. Hücum aprelin 29-da axşam saatlarında Quzar rayonunda baş verib.
Hələlik heç bir qruplaşma hücuma görə məsuliyyəti üzərinə götürməyib.