Xəbərlər

Əhməd əl-Şara ilk xarici səfərini Türkiyəyə edəcək

Suriyanın yeni hakimiyyətinin lideri Əhməd əl-Şara ilk xarici səfərini Türkiyəyə edəcək.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Yeni Şafak” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, ziyarət yaxın günlərdə baş tutmalı idi, lakin proqramda edilən dəyişikliklərə görə təxirə salınıb.

Ziyarət zamanı əl-Şaranın Türkiyə prezidenti Recep Tayyip Erdoğanla görüşəcəyi gözlənilir. Qəzetin məlumatına görə, Suriyanın yeni hakimiyyət orqanlarının lideri Bəşər Əsəd administrasiyasının devrilməsində göstərdiyi dəstəyə görə təşəkkür etmək niyyətindədir.