Xəbərlər

“Əhval” verilişinin budəfəki buraxılışı Zəfər Gününə həsr olunub

“FÜYUZAT” televiziyasının yeni layihəsi – “Əhval” verilişinin budəfəki buraxılışı Zəfər Gününə həsr olunub.

Əməkdar jurnalist Yunis Orucovun təqdimatında yayımlanan verilişin qonağı XTQ zabiti, Vətən müharibəsi qazisi mayor Polad Rzayevdir. Veriliş 8 noyabr Zəfər bayramı günü saat 12:00-da yayımlanacaq.

Qeyd edək ki, çəkilişdən sonra Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun icraçı direktoru Pərviz Əmirov və Fondun əməkdaşları qonaqla görüş keçirib.