Xəbərlər

Əkrəm İmamoğlu həbs edilib

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu İstanbul Böyükşəhər Bələdiyyəsi ilə bağlı aparılan korrupsiya istintaqı çərçivəsində həbs edilib.

“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.

Verilən məlumata görə, İstanbul Baş Prokurorluğu tərəfindən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlu və digər 99 şübhəli barəsində “cinayətkar təşkilatın lideri olmaq”, “cinayət təşkilatına üzv olmaq”, “qəsb”, “rüşvətxorluq”, “fırıldaqçılıq”, “qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi” və “mənimsəmə” ittihamları ilə açılan araşdırmalar davam edir.

Polis bölməsindəki əməliyyatların ardından bəzi şübhəlilər Çağlayandakı İstanbul Ədliyyəsinə sövq edilib və onların növbətçi sülh cəza hakimliyindəki prosedurları tamamlanıb.

Hakimlər İBB sədri İmamoğlunun həbsinə qərar verib.