İstanbul Bələdiyyəsinin sədri Əkrem İmamoğlu da daxil olmaqla 7 şübhəlinin həbs edilməsi ilə bağlı qərar çıxarılıb.
“Füyuzat”ın məlumatına görə, bu barədə İstanbul Baş Prokurorluğundan məlumat verilib.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, təqsirləndirilən şəxslər cinayətkar təşkilatın rəhbəri olmaq, cinayətkar təşkilata üzv olmaq, qəsb etmə, rüşvətxorluq, dələduzluq, qanunsuz olaraq şəxsi məlumatların əldə edilməsi, tenderin saxtalaşdırılmasında ittiham olunaraq saxlanılıblar.



