“Əksər proqramlar 2026-cı ildə süni intellektlə (AI) əvəz oluna bilər”.
“Füyuzat”ın məlumatına görə, bu barədə amerikalı milyarder və Google-un keçmiş baş direktoru Erik Şmidt bildirib.
“Biz bir sənaye olaraq inanırıq ki, gələn il ərzində proqramların və proqram yaradıcıların əhəmiyyətli hissəsi süni intellektlə əvəzlənəcək. Süni intellekt modelləri sürətlə təkmilləşməyə davam edəcək və hazırda insan zehnini tələb edən getdikcə daha yüksək ixtisaslaşdırılmış vəzifələri yerinə yetirə biləcək. 2027-ci ildə süni intellekt sistemləri özlərini təkmilləşdirməyə başlayacaq və müstəqil olaraq öz mənbə kodunu düzəldəcək və ya yenisini əlavə edəcək”, – Şmidt qeyd edib.



