“ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp Çinin texnoloji inkişafı üzərində nəzarəti gücləndirəcək və bu məqsədə çatmaq üçün Vaşinqtonun müttəfiqlərini də prosesə cəlb edəcək”.
“Füyuzat”ın məlumatına görə, bunu Çin Sosial Elmlər Akademiyasının üzvü Zanq Yuan deyib.
“Tramp texnologiya sahəsində Çini rəqiblər sırasında ilk yerə qoyub, o, təhlükəsizlik sahəsində yüksək texnologiya ilə daha sərt davranacaq və qorxuram ki, Tramp həm ABŞ, həm də müttəfiq ölkələrdən ixraca nəzarət də daxil olmaqla, Çinə daha sərt məhdudiyyətlər tətbiq edəcək”, – Zanq bildirib.