Xəbərlər

Əl-Cəzirə: İsrailin zərbələri nəticəsində daha 20 fələstinli həlak olub

İsrail ordusunun Qəzzanın mərkəzində yerləşən Deyr əl-Bələyə və cənubundakı Xan Yunisə endirdiyi zərbələr nəticəsində azı 20 nəfər həlak olub.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

Qeyd edilib ki, oktyabrın 7-dən etibarən İsrail-Fələstin münaqişəsində ölənlərin sayı 40 min 476-a, yaralıların sayı isə 93 min 647-ə yüksəlib.