Xəbərlər

Əl-Cəzirə: Qəzzada bir ayda 20 humanitar yardım işçisi öldürülüb

Son bir ayda Qəzza zolağında ən azı 20 humanitar yardım işçisi İsrail qüvvələri tərəfindən öldürülüb.

“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” “Save the Children” və “Oxfam” da daxil olmaqla 8 təşkilatın hazırladığı hesabata istinadən məlumat yayıb.

Verilən məlumata görə, bu il oktyabrın 10-dan noyabrın 13-dək Qəzza zolağında fəaliyyət göstərən xeyriyyə və humanitar təşkilatların azı 20 əməkdaşı İsrail Müdafiə Qüvvələrinin hava hücumları və qurudan zərbələri zamanı həlak olub.