“Qəzza zolağındakı insanlar ciddi şəkildə ərzaq çatışmazlığı ilə üzləşir”.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Əl-Cəzirə” telekanalı BMT-nin Fələstin anklavında ərzaq böhranının miqyasını əks etdirən yeni hesabatına istinadən məlumat yayıb.
“Sektorda fəaliyyət göstərən çörək sexləri yoxdur və İsrail hakimiyyəti ərzaq çatdırmaq üçün bütün cəhdlərin qarşısını alır. Yaxın aylarda fəlakətli ərzaq çatışmazlığı ilə üzləşən insanların sayının üç dəfə artacağı gözlənilir. Gündə orta hesabla humanitar yardım daşıyan 36 yük maşını anklava daxil olur, baxmayaraq ki, gündə ən azı 200 yük maşını tələb olunur”, – məlumatda bildirilib.