Misir Prezidenti Əbdülfəttah Əs-Sisi və Rusiya Prezidenti Vladimir Putin Yaxın Şərq regionunda davam edən və bütün dünyanı təhdid edən eskalasiya səviyyəsinin dərhal azaldılması zərurətindən danışıblar.
“Füyuzat”ın məlumatına görə, bu barədə Misir Prezidentinin administrasiyasının BRİCS sammiti zamanı iki ölkə liderləri arasında aparılan danışıqlardan sonra dərc olunmuş bəyanatında bildirilib.
“Prezidentlər arasında danışıqlar zamanı mövcud böhranın regional və beynəlxalq təhlükəsizlik üçün mənfi nəticələrinə görə Yaxın Şərqdə eskalasiyanın azaldılmasının vacibliyi barədə razılıq əldə olunub”, – məlumatda bildirilib.