İraqın Baş naziri Məhəmməd əl-Sudani ilə Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
“Füyuzat”ın məlumatına görə, bu barədə Əl-Sudani özünün teleqram kanalında məlumat yayıb.
“Söhbət zamanı biz Yaxın Şərq regionundakı vəziyyəti müzakirə etdik və vurğuladıq ki, fövqəldövlətlər müharibəni dayandırmaq və onun daha da genişlənməsinin qarşısını almaq üçün daha çox səy göstərməlidirlər”, – Baş nazir vurğulayıb.
Verilən məlumata görə, Baş nazir və rusiya lideri qlobal neft və qaz bazarlarını sabitləşdirmək üçün “OPEC” və “OPEC+” çərçivəsində koordinasiyanın vacibliyi və hər iki ölkənin maraqlarına uyğun olaraq ikitərəfli münasibətlərin gücləndirilməsi yollarına da toxunublar.