Xəbərlər

Əli bəy Hüseynzadənin 160 illik yubileyi münasibətilə dəyirmi masa və sərgi keçiriləcək

24 fevral 2024-cü il tarixində Sosial Tədqiqatlar Mərkəzində Azərbaycanın önəmli ziyalılarından, milli ideologiyanın formalaşmasında özünəməxsus rolu olan, Azərbaycan bayrağının ideya müəllifi, görkəmli mütəfəkkir Əli bəy Hüseynzadənin 160 illik yubileyi münasibətilə dəyirmi masa təşkil ediləcək.

Tədbir Milli İrisi Mədəni Tarixi Araşdırmalar (MİMTA) FONDU və “Füyuzat” jurnalının birgə təşkilatçılığı ilə baş tutacaq.

Tədbirdə görkəmli mütəfəkkirin bir vaxtlar istifadə etdiyi, hazırda Azərbaycan İstiqlal Muzeyində sərgilənən şəxsi əşyalarından ibarət eksponantların yer aldığı fotoşəkillər də nümayiş etdiriləcək.

Dəyirmi masanı təşkil etməkdə məqsəd Əli bəy Hüseynzadənin zəngin irsini və keşməkeşli həyatını öyrənmək və onun Azərbaycan tarixində qoyduğu izləri aşılamaqdır.

Tədbir saat 12:00-da baş tutacaq, dəyirmi masadan sonra isə Ə.Hüseynzadəyə aid eksponatların yer aldığı fotoşəkillər sərgilənəcək.