Elmi populyarlaşdırmaq üçün medianın üzərinə böyük yük düşür. Ümumiyyətlə isə elmin populyarlaşdırılması kifayət qədər ciddi problematik məsələ kimi də düşünülə bilər.
Bugünkü ünsiyyət vasitələri informasiya və elmi düşüncənin böyük auditoriyaya daha asan və tez çatmasına şərait yaratsa da, onlar həm də təsirli aldatma vasitəsi ola bilər. Belə bir mühitdə bütün ictimaiyyətin dəqiq məlumat əldə etməsi ciddi düşündürücü məqamdır.
Elmi populyarlaşdırmağın yolları
Həqiqətən də, bugünkü insanların bilik əldə etmək imkanları ilə bilik sahələri üzrə ixtisaslaşmanın şaxələndirilməsi və dərinləşməsi arasında böyük uçurum yaranmışdır və bu boşluğun aradan qaldırılması günümüzün ən mühüm sosial problemlərindən biridir. Sevdiyim filosoflardan və sosioloqlardan olan Emil Dürkhaym yazırdı ki, bilginin çeşidliliyi həm də bilgini mənimsəməkdə çətinliklər yaradır.
Bütün zamanların ən böyük alimlərindən biri olan Kepler (1571–1630) böyük elmi kəşflərindən sonra ortaya çıxardığı faktları elmi fantastika kitabında məşhur dildə təsvir etmişdi, lakin bu kitabı ancaq oğlunun ölümündən sonra nəşr etdirə bildi.
Keplerin (Somnium – Xəyal) əsəri Aya səyahət hekayəsinə əsaslanırdı və Kopernik sistemini təsvir edirdi. Bir alimin məşhur nəşrə imza atmasının ilk nümunələrindən olan bu əsər Ay və Günəş üzərində müqəddəslik halolarının qırılmasında və bu səma cisimlərinin təsvirlərinin dəyişdirilməsində mühüm rol oynamışdır.
Qalileo Qalileyin 1632-ci ildə italyan dilində nəşr olunan iki dünya sistemi haqqında dialoqu Avropada elmi fikrin inkişafında böyük maraq və təsir yaratdı. Çünki mütəfəkkirlər çətin terminoloji dildən qaçaraq sadə yollarla insanlara nələri isə anlatmağa çalışırdı.
Elm jurnalisti, elm müxbiri və ya elm redaktoru deyə biləcəyimiz insanlar elmi mövzuları akademik çərçivədən populyar çərçivəyə çevirmək üçün kifayət qədər elmi formalaşma əldə etməlidirlər. Dünyada bunun xeyli maraqlı örnəkləri var. Azərbaycanda isə bu sahədə vəziyyət nə yerdədir? Elm jurnalistikası media rəhbərlərinin nə qədər marağındadır? Bunlar ciddi düşünməli olduğumuz nüanslardır.
Digər tərəfdən, elmin populyarlaşması ictimaiyyətin elmi bilik və təfəkkür səviyyəsinin yüksəlməsinə gətirib çıxarmaqla yanaşı, həm də elmi biliklərə yiyələnmək istəyən gəncləri stimullaşdırmaq, istiqamətləndirmək və maarifləndirmək yolu ilə gələcək akademik elm dünyası üçün yeni resurslar yaradır.
Missiya və hədəflər
Elm inanılmaz dərəcədə yüksək nailiyyətlər əldə edən insan müəssisəsidir. Elmi metod üzərində tədqiqatların aparılması bu uğurlu fəaliyyətləri reallaşdırmaq cəhdidir. Sistemli müşahidə və təcrübə, induktiv və deduktiv əsaslandırma, fərziyyə və nəzəriyyələrin formalaşdırılması və sınaqdan keçirilməsi çox vaxt elmin xarakterik xüsusiyyətləri kimi təsvir edilən fəaliyyətlərdəndir. Bunların təfərrüatlı şəkildə necə həyata keçirildiyi çox fərqli ola bilər.
Elmin yayılmağı pozitiv baxışların da ortaya çıxmağına səbəb olur. Elmin populyarlaşdırılmağı dünyagörüş formalarından ən mükəmməli olan fəlsəfə ilə həmahəng davam etməlidir.
Elmi metod bilik, proqnoz və ya nəzarət kimi elmin məqsəd və məhsullarından fərqləndirilməlidir. Metodlar bu məqsədlərə çatmaq üçün vasitələrdir. Elmi metod həm də elmi metodun xüsusi xarakteristikası (yəni metodologiya) onu obyektivlik, təkrarolunma, sadəlik və ya keçmiş kimi qiymətli edən dəyərləri və əsaslandırmaları ehtiva edən meta-metodologiyadan fərqləndirilməlidir.
Beləliklə, elmi populyarlaşdırmaq üçün üzərinə missiya və hədəflər qoyulan nöqtələr bunlardır:
- Elm ictimaiyyəti;
- Media;
- Sosial Media.
Karl Saqan nümunəsi
Əksər akademiklər və elm adamları elmin populyarlaşdırılmasının vacibliyini çox yaxşı bilirlər. Bu insanlar ümumiyyətlə elmin yalnız elm üçün olmadığına inanırlar; Onlar bu fikri qəbul edirlər ki, elm xalq üçündür.
Bu səbəbdən də uşaq kitabları, elmi-populyar kitablar, cizgi filmləri, sənədli filmlər, ictimai seminarlar kimi fəaliyyətlər həyata keçirən məşhur alimləri üstüörtülü və ya açıq şəkildə dəstəkləyirlər.
Elmin populyarlaşdırılmağını həyat kredosu edən dünya səviyyəli isimlər bu gün də fərqli coğrafiyalarda sayğı ilə xatırlanırlar.
Karl Saqan, Lin Marqulis, Nil de Qras Tayson, Ceyn Qudall, Riçard Feynman, Sabine Hossenfelder, Devid Attenboro, Stiven Hokinq, Eliz Endryu, Bill Nay, Marsiya Bartusiak, Riçard Dokins, Stiv Cons, İsaak Asimov, Kiki, Richard Leakey, Tali Sharot, Diane Ackerman, Frencis Crick, Susan Greenfield, Neil Shubin, Marlene Zuk, Brayan Greene, Liz Bonnin, Jared Diamond, Linus Pauling, Katie Mack, Yuval Noah Harari, Sam Harris, Carl Zimmer, Oliver Sacks, Stiv İrvin, Hank Qrin, Adam Savic, Bredi Haran, Miçio Kaku, Lourens Krauss, Şon Kerroll, Elis Roberts, Desmond Morris, Siddharta Mukherci, Stiven Novella, Brayan Koks, Frensis Krik, Ceyms Randi, Stiven Pinker, Daniel Dennett, Mark Ridli , Matt Ridley kimi fədakar insanları tədqiqatçılar və jurnalistika tədrisində iştirak edənlər mütləq daim araşdırmalıdırlar.
(Karl Saqan)
1991-ci ildə Karl Saqanın ABŞ Milli Elmlər Akademiyasına namizədliyi rədd edildi, baxmayaraq ki, o, dünyanın ən qabaqcıl planetşünas alimi idi. Bununla belə, 1999-cu ildə nəşr olunan üç ayrı tərcümeyi-halı, 2006-cı ildə NASA-dan David Morrison tərəfindən dərc edilmiş təhlil və 2008-ci ildə Elm və İctimai Siyasət jurnalında dərc edilmiş təhlil Karl Saqanın Elmlər Akademiyasına namizədliyi üçün apardığı akademik araşdırmaların digər tərcümeyi-hallarla bir araya sığmadığını göstərdi.
Karl Saqan daha sonra etiraf etdi ki, o, bir alim kimi və elmi populyarlaşdıran ikili karyerasının elmi ictimaiyyətdən belə təhqiramiz şərhlərə səbəb olmasından tamamilə xəbərsizdir. Ancaq Saqan tək deyildi.
1977-ci ildə Nyu-York Elmlər Akademiyası üçün Rae Qudell tərəfindən yazılmış “Görünən Alimlər” adlı məqalədə media vasitəsilə ictimaiyyətə çatan alimlərin akademik dairələrdə hörmətini itirdikləri izah edilir.
Təəssüf ki, xislətlərinə məğlub olanların bir çoxu Saqan kimi elmi populyarlaşdıranları qısqanırdı. Yeri gəlmişkən bu proses bu gün də davam edir. Medianın və bütövlükdə elmi jurnalistikanın rolunu görməyən bir qaragüruh qlobal məkanda davam edir.