Xəbərlər

Əraqçi Beyruta gəlib

İranın xarici işlər naziri Abbas Əraqçi Livan hakimiyyəti ilə danışıqlar aparmaq üçün İslam Respublikasının nümayəndə heyəti ilə birgə Beyruta gəlib.

“Füyuzat”ın məlumatına görə, bunu departamentin rəsmi nümayəndəsi İsmail Baqai deyib.

“Biz Beyrut Beynəlxalq Hava Limanına indicə enmişik. Xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi, həmçinin Məclisin iki üzvü və Qızıl Aypara Cəmiyyətinin rəhbərinin də daxil olduğu nümayəndə heyətimiz Livan hakimiyyətinin nümayəndələri ilə görüşəcək”, – Baqai bildirib.