“Tehran ABŞ-ın İranın nüvə proqramı üzrə 2015-ci ildə qəbul edilmiş Birgə Hərtərəfli Fəaliyyət Planının (JCPOA) şərtlərinə əməl etməyənə qədər Vaşinqtonla danışıqlar aparmaq niyyətində deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
“Bizim ABŞ-la bağlı siyasətimiz elədir ki, Amerika hökuməti JCPOA-ya qayıtmayana və ya Vaşinqtonun yeni hakimiyyət orqanları bu məsələ ilə bağlı mövqeyini açıqlamayana qədər heç bir danışıqlar aparılmayacaq. İran Çin və Rusiya ilə nüvə sazişi üzrə məsləhətləşmələr aparacaq, çünki onlar da JCPOA-nın tamhüquqlu üzvləridir. Tehran heç vaxt danışıqların əleyhinə olmayıb”, – Əraqçi əlavə edib.