Xəbərlər

Əraqçi: İran ABŞ-la razılaşmaq üçün danışıqlara başlamağa hazırdır

“Əgər Vaşinqton konstruktiv mövqe tutsa və nüvə proqramının tamamilə aradan qaldırılmasında israr etməyəcəksə, İran ABŞ-la gələcək sazişin şərtlərini müzakirə etməyə hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi deyib.

“Amerikalılar konstruktiv mövqe tutsalar, mümkün saziş üzrə danışıqlara başlaya biləcəyik. Uranın zənginləşdirilməsi məsələsi real məsələdir və bəzi narahatlıqlara baxmayaraq, biz İranın nüvə proqramına etimadın gücləndirilməsi üzərində işləməyə hazırıq. Lakin zənginləşdirmə prinsipinin özü müzakirə mövzusu deyil”, – o, jurnalistlərlə görüşündə vurğulayıb.