“Regional və beynəlxalq hadisələr İrandan Əfqanıstanın müvəqqəti hökuməti ilə yaxından əlaqə saxlamağı tələb edir”.
“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi deyib.
“Əfqanıstan İranın mühüm qonşusudur və iki ölkənin bir çox məsələlərdə milli maraqlarını üst-üstə düşür”, – nazir qeyd edib.



