Xəbərlər

Əraqçi: İran MAQATE ilə əməkdaşlığı davam etdirməyə hazırdır

İranın xarici işlər naziri Abbas Əraqçi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə telefon danışığı aparıb, Tehranın İranın nüvə proqramı ətrafında yaranmış vəziyyəti nizamlamaq üçün agentliklə əməkdaşlığa hazır olduğunu bəyan edib.

“Füyuzat”ın məlumatına görə, bu barədə İslam Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəyanatında bildirilib.

Qeyd edək ki, agentliyin rəhbəri Tehrana son səfəri zamanı Nüvə Silahlarının Yayılmaması Müqaviləsinə əsasən, İran və MAQATE arasında təhlükəsizlik tədbirləri haqqında sazişə əməl olunması məsələlərinin həllində irəliləyiş əldə etməyə çalışıb.

“İran bu addımlara qətiyyətlə cavab verəcək. Biz agentliklə texniki çərçivədə konstruktiv əməkdaşlığa hazırıq”, – Əraqçi əlavə edib.