Xəbərlər

Əraqçi: İran xalqı ABŞ-la danışıqları faydasız hesab edir

“Vaşinqton dialoq zamanı heç bir hərbi addım atılmayacağına zəmanət verərsə, Tehran hələ də danışıqlara hazırdır”.

“Füyuzat”ın məlumatına görə, bunu İranın xarici işlər naziri Əraqçi “Financial Times” qəzetinə müsahibəsində bildirib.

“Lakin ölkə daxilində çoxları Vaşinqtonla danışıqları faydasız hesab edir və xəbərdarlıq edir ki, Tehran mənasız dialoqlara vaxt itirməməlidir”, – o qeyd edib.

Əraqçinin sözlərinə görə, İran xalqı ABŞ-la danışıqları faydasız hesab edir.