Xəbərlər

Əraqçi: İran yeni nüvə sazişi üzərində işləməyə hazırdır

“İran İslam Respublikasının maraqları nəzərə alınarsa, ölkə nüvə proqramı ilə bağlı yeni razılaşma əldə etmək üçün dünya gücləri ilə konstruktiv əməkdaşlığı davam etdirmək əzmindədir”.

“Füyuzat”ın məlumtına görə, bunu İranın xarici işlər naziri Abbas Əraqçi BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubunda bildirib.

“İran İslam Respublikası bir daha yeni razılaşmanın əldə edilməsinə yönəlmiş konstruktiv diplomatik fəaliyyətə sadiqliyini vurğulayır. Razılaşma İranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsi (NPT) üzrə hüquqlarına hörmət etməklə yanaşı, tərəflərin bütün narahatlıqlarını, o cümlədən xalqın rifahına qarşı sərt sanksiyaları nəzərə alacaq”, – o əlavə edib.