Tehran zəlzələdən zərər çəkmiş Əfqanıstana humanitar yardım və dərmanlar göndərməyə, eləcə də digər yardımlar göstərməyə hazırdır.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikası Xarici İşlər Nazirliyinin rəhbəri Abbas Əraqçi teleqram kanalında bildirib.
“Bu çətin anlarında, Əfqanıstan xalqına, kədərli ailələrə başsağlığı veririk. İran İslam Respublikası humanitar yardım, dərman və digər yardımlar göndərməyə tam hazırdır”, – Əraqçi əlavə edib.



