“ABŞ-ın İranın nüvə obyektlərinə son zərbələrindən sonra İranda uranın zənginləşdirilməsi müvəqqəti olaraq dayandırılıb”.
“Füyuzat”ın məlumatına görə, bunu İslam Respublikasının xarici işlər naziri Abbas Əraqçi deyib.
“Proqramdan imtina etmək milli qürur məsələsi olduğundan, bu məsələyə baxılmır. Hazırda İranın Atom Enerjisi Təşkilatı zərəri qiymətləndirir və zənginləşdirilmiş uran ehtiyatlarının vəziyyətini yoxlayır”, – nazir vurğulayıb.