“İsrail hakimiyyətinin İranın Tele-Radio Yayım Korporasiyasına hücumu israillilərin ümidsizliyə düşdüyünü göstərir”.
“Füyuzat”ın məlumatına görə, bunu İran İslam Respublikasının xarici işlər naziri Seyid Abbas Əraqçi deyib.
“Bu hücum qorxaqlığın zirvəsini nümayiş etdirir. Onlar həqiqi döyüşdə uğur qazana bilməyəndə yalnız həqiqəti söyləyən mülki mərkəzə hücum edirlər”, – Əraqçi bilidirib.
“İsraillilər güman edirdilər ki, əgər onlar bizim komandirlərimizi aradan götürsələr və ya bəzi mərkəzlərə hücum etsələr, İslam Respublikası o qədər aciz olacaq ki, məsələn, təslim olacaq. Lkin onlar İran xalqını tanımamış və onun qüdrətini təcrübə etməmişlər”, – Əraqçi qeyd edib.



