Xəbərlər

Əraqçi: MAQATE ayrı-ayrı ölkələrin təzyiqlərinə boyun əyməməlidir

İranın xarici işlər naziri Abbas Əraqçi Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşündə MAQATE-ni bəzi dövlətlərin göstərməyə çalışdığı təzyiqlərə boyun əyməməyə çağırıb.

“Füyuzat”ın məlumatına görə, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) teleqram kanalında bildirilib.

“Bəzi ölkələrin yersiz təzyiqlərinə boyun əymədən öhdəliklərimizi yerinə yetirməliyik. İran nüvə proqramı ətrafında yaranmış vəziyyəti həll etmək üçün beynəlxalq hüquqi öhdəliklər çərçivəsində MAQATE ilə əlaqə və əməkdaşlığı davam etdirmək əzmindədir”, – məlumatda əlavə edilib.