İranın xarici işlər naziri Abbas Əraqçi İslam İnqilabı Keşikçiləri Korpusunun komandanlığı ilə görüşündə mümkün böyük silahlı münaqişəyə hazırlıq görməyə çağırıb.
“Füyuzat”ın məlumatına görə, bunu Əraqçi özü jurnalistlərə deyib.
“Müharibəyə hazırlaşmaq onun qarşısını alır. Əgər müharibənin baş verməsinin qarşısını almaq istəyirsənsə, gücünü ortaya qoymalı, müharibəyə və müdafiəyə hazır olduğunu bəyan etməlisən. Bu, müharibənin qarşısını alacaq. Qarşıdurmaya hazır olmadığınızı göstərərək, ən kiçik bir zəiflik nümayiş etdirsəniz, müharibənin qarşısını ala bilməyəcəksiniz. Müharibə sizə şərt olacaq”, – mətbuat xidməti Əraqçinin sözlərindən sitat gətirib.