Xəbərlər

Əraqçi Nyu-Yorka səfər edəcək

“İranın xarici işlər naziri Abbas Əraqçi gələn həftə Nyu-Yorka səfər edəcək”.

“Füyuzat”ın məlumatına görə, bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmail Bəqayi deyib.

“Gələn bazar ertəsi Əlcəzairin sədrliyi ilə Nyu-Yorkda Qərbi Asiya regionunun gündəliyi, xüsusilə Fələstin və Qəzza məsələsi ilə bağlı nazirlər səviyyəsində toplantı keçiriləcək və İran bu iclasda iştiraka dəvət olunub. Bu konfransda region ölkələrindən çoxlu sayda nümayəndələr iştirak edəcək. İclasın əsas mövzusu sionist rejimin davam edən soyqırımı və cinayətləridir. İranın xarici işlər naziri Abbas Əraqçinin də bu iclasda iştirakı nəzərdə tutulur”, – Bəqayi əlavə edib.