“Qərb ölkələri, xüsusilə də ABŞ İsrailin Suriyadakı hərəkətlərini çox gec olmadan dayandırmağa borcludur”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“İsraili dayandırmaq üçün Qərb dövlətlərinin, xüsusilə də ABŞ-ın üzərinə böyük məsuliyyət düşür. İsrailin Suriya ərazisini işğal etməsinin qəbuledilməzliyi yüksək səslə ifadə edilməlidir. Bölgəmizdə sülh və sabitliyə təhlükə yaranıb. Sabah peşman olmamaq üçün onlara bu gün etdiyimiz xəbərdarlıqlarımızı nəzərə almağı və lazımi addımları atmalarını tövsiyə edirəm”, – Ərdoğan qeyd edib.
“Biz İsraili bütün cəbhələrdə küncə sıxmağa davam edəcəyik və onu qanunlara uyğun hərəkət etməyə məcbur edəcəyik. Bununla belə, İsrailin Suriyadakı vəziyyətdən faydalanmasının qarşısını almaq üçün bütün beynəlxalq mexanizmlərdən səmərəli istifadə etmək lazımdır”, – Ərdoğan əlavə edib.