“ABŞ prezidenti Baydenlə görüş bizim gündəmimizdə deyil”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan səfərindən qayıtdıqdan sonra mətbuata açıqlamasında bildirib.
“Biz İstanbula qayıdarkən xarici işlər nazirimiz Hakan Fidan da Vaşinqtona getdi və onlar “yeddilik qrup” (İsrail–Fələstin münaqişəsində Fələstinin haqlarını qorumaq üçün islam dövlətlərinin formalaşdırdığı xarici işlər nazirlərindən ibarət qrup – red.) olaraq Amerikada təmaslarını davam etdirəcəklər. O, görüşlərdən sonra bu təmaslarda hansı nəticələr əldə etdiklərini mənə bildirəcək. Ümid edirik ki, yeddilik qrup baş verənlərlə bağlı İsrailin lehinə olan münasibəti bitirmək baxımından bir nəticəyə gələr. Bu nəticə ilə İsrailə sülh üçün təzyiq edə bilərlər. ABŞ prezidenti Co Baydenlə görüş bizim gündəmimizdə deyil”, – Ərdoğan xarici işlər naziri Hakan Fidanın ABŞ səfəri və Baydenlə görüşü ilə bağlı suala belə cavab verib.
“Onların Qəzza ilə bağlı mövqeyi hər kəsə məlumdur. Zəng etsə, Baydenlə görüşərik, hansı mövzuda danışmaq lazımdırsa, danışarıq. Lakin yeddilik qrupu ABŞ-dan sonra Kanadaya keçəcək. Kanada Türkiyə olaraq onlardan almağı xahiş etdiyimiz PUA kameraları məsələsində İsveçi şərt kimi qoyur. ABŞ da eyni şeyi deyir. Sizin qurultayınız varsa, mənim parlamentim var. F-16 məsələsini konqresdən keçirdikdən sonra addım atacağınızı deyirsiniz, amma bizim də parlamentim var. Bizim parlamentimizdən keçmədən belə bir addım atmağım (İsveçin NATO-ya qəbulu – red.) mümkün deyil. Əgər biz NATO-da iki müttəfiq ölkəyiksə, o zaman siz də həmrəylik içində üzərinizə düşəni edə bilərsiniz və parlamentimiz lazımi qərarı verəcək. Məsələ bundadır”,- Türkiyə lideri əlavə edib.