Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Dövlət Bayrağı Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
“Füyuzat”ın məlumatına görə, Türkiyə lideri bununla bağlı “X” hesabında paylaşım edib.
“Dostumuz, qardaşımız, tale ortağımız Can Azərbaycanın 9 Noyabr – Dövlət Bayrağı Gününü təbrik edir, əziz qardaşım, Prezident İlham Əliyevin timsalında Azərbaycan xalqına salam və məhəbbətimi göndərirəm”, – paylaşımda qeyd olunub.