Xəbərlər

Ərdoğan: Bəzi Qərb ölkələrinin mövqeləri üçüncü dünya müharibəsinə səbəb ola bilər

“Bəzi Qərb ölkələri regional münaqişələrə yanaşmaları ilə üçüncü dünya müharibəsini təhrik edir”.

“Füyuzat”ın məlumatına görə, bunu Tükiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

“Təəssüf ki, Qərbdə bu məsələni təhrik edən ölkələr və dairələr var ki, onların yanaşmaları üçüncü dünya müharibəsinin başlamasına səbəb ola bilər”, – Ərdoğan qeyd edib.

Bu xüsusda Türkiyə lideri xatırladıb ki, onun ölkəsi uzun illərdir ardıcıl olaraq “dünya beşdən böyükdür” deyərək, BMT Təhlükəsizlik Şurasının beş daimi üzv sisteminə yenidən baxılmasının zəruriliyini ifadə edir: “Dünyanın daha ədalətli bir yer olmasının mümkün olduğunu deyirik, mənfi atmosferi aradan qaldırmaq və böyük bir müharibə riskini aradan qaldırmaq üçün bu təşəbbüsləri dilə gətiririk. Beynəlxalq ictimaiyyət beynəlxalq hüquqa hörmət etməlidir”, – Ərdoğan əlavə edib.