Xəbərlər

Ərdoğan: BMT-də ciddi islahatlara ehtiyac var

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan BMT-nin müasir şəraitdə səmərəli fəaliyyət göstərməsi üçün təşkilatda ciddi islahatlara ehtiyac olduğunu bildirib.

“Füyuzat”ın məlumatına görə, Türkiyə lideri bunu Çində Şanxay Əməkdaşlıq Təşkilatının sammitinin genişləndirilmiş iclasında çıxışı zamanı deyib.

“BMT-nin ciddi islahatlara ehtiyacı var. Dəyərli dostum BMT-nin baş katibi Antonio Quterreşin bütün səylərinə baxmayaraq, səksən il əvvəlin şəraitində formalaşmış “Hazırkı BMT sisteminin Yaxın Şərqdə zülmə son qoymağa, qaydalara əsaslanan beynəlxalq nizamı qorumağa qadirdirmi?” – sualına cavab vermək çətindir. BMT-ni qlobal platformada təmsil etmək bizim borcumuzdur. Fələstin xalqının illərdir məruz qaldığı vəhşiliklər sona çatmalıdır. Beynəlxalq ictimaiyyətin 23 ay ərzində körpələrin, uşaqların və qocaların ölümünə səbəb olan vəhşiliyi dayandıra bilməməsi məsələsində heç bir bəhanə qəbul edilmir”, – Ərdoğan əlavə edib.