Xəbərlər

Ərdoğan BMT-də sürətli islahatlara çağırıb

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünyada yaranan böhranları həll edə bilməyən Birləşmiş Millətlər Təşkilatında tez bir zamanda islahatlara ehtiyac olduğunu bəyan edib”.

“Füyuzat”ın məlumatına görə, Ərdoğan bu barədə İstanbulda “TRT-World media forumu”nda deyib.

O qeyd edib ki, problem Ukrayna münaqişəsi və Qəzza zolağındakı böhran nümunələrində daha aydın görünür.

“Rusiya-Ukrayna müharibəsi beynəlxalq sistemin zəifliyini nümayiş etdirdi. BMT Qəzza böhranı zamanı da sınaqdan çıxa bilmədi. Belə mötəbər təşkilat beş daimi üzvün əlinə buraxıla bilməz. Biz artıq İkinci Dünya Müharibəsi şəraitində deyilik, 194 ölkənin taleyini BMT Təhlükəsizlik Şurasının beş üzvü həll edə bilməz”, – Ərdoğan bildirib.

Türkiyə prezidenti əvvəllər dəfələrlə BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasının zəruriliyini bəyan edib. Onun fundamental tezisləri 2021-ci ilin sentyabrında nəşr olunan “Daha Ədalətli Dünya Mümkündür” kitabında öz əksini tapıb.