Xəbərlər

Erdoğan BMT-ni aciz adlandırıb

“BMT acizləşib və yüzlərlə ölkənin iradəsinə məhəl qoymur. Ona görə də islahatlar etmək lazımdır”.

“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Recep Tayyip Erdoğan Nyu-Yorkdakı Türk Evində keçirilən dəyirmi masada bildirib.

“Biz demək olar ki, hər gün yeni böhranların və ya münaqişələrin şahidi oluruq. Multilateralizm BMT-nin əsası olmalıdır. Biz nə 1945-ci ildə, nə soyuq müharibə şəraitində, nə də unipolyar qaydada yaşayırıq. Bir tərəfdən, BMT Baş Assambleyası və onun qərarları var. Bu qərarlar bəşəriyyətin ümumi şüurunu və ümumi düşüncəsini əks etdirir. Digər tərəfdən Təhlükəsizlik Şurasında veto səlahiyyətinə malik olan 5 imtiyazlı ölkə var. Öz maraqlarına, prioritetlərinə və hisslərinə görə, BMT-də yüzlərlə ölkənin iradəsinə məhəl qoyulmur”, – Erdoğan qeyd edib.