“Bölgəmizi “qan dənizi”nə çevirmək istəyənlərə fürsət verməyəcəyik, öz vətəndaşlarımızla olduğu kimi dostlarımız üçün də güvən mənbəyi olmağa davam edəcəyik”.
“Füyuzat”ın məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
“Dünyada qeyri-müəyyənliklər artır, coğrafiyamızda qaynar qarşıdurmaların, siyasi sui-qəsdlərin baş verdiyi kritik bir dövrdə Türkiyə öz bölgəsində sabitlik və sülh abidəsi kimi önə çıxır”, – o qeyd edib.
“Son zamanlar yenidən dirçələn ekspansionist ambisiyalara qarşı bütün lazımi tədbirləri görərək vətənimizi, millətimizi, dövlətimizi və milli maraqlarımızı sona qədər qorumaq əzmindəyik. Bölgəmizi “qan dənizi”nə çevirmək istəyənlərə imkan verməyəcəyik və öz vətəndaşlarımızla yanaşı dostlarımız üçün də güvən mənbəyi olmağa davam edəcəyik”, – Ərdoğan əlavə edib.