Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün İspaniyaya səfər edəcək.
“Füyuzat”ın məlumatına görə, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilib ki, Ərdoğan Madriddə İspaniya kralı və Baş naziri ilə görüşəcək. İki günlük səfərin əsas gündəmi İsrailin Qəzzada törətdiyi qətliam olacaq.
Qeyd edək ki, İspaniya mayın 28-də Fələstinin dövlət müstəqilliyini tanıdığını bəyan edib. Ərdoğan bu qərarı təqdir etdiyini vurğulayıb.
Türkiyə liderinin ispaniyalı həmkarları ilə ətraflı qiymətləndirmələr aparacağı gözlənilir. İsrailin Qəzzaya hücumlarının dayandırılması və bölgədə daimi sülhün təmin edilməsi prioritet mövzulardandır.