Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 11-ci Zirvə Toplantısında iştirak etmək üçün Qırğızıstanın paytaxtı Bişkekə səfər edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstanda Ata Beyit abidəsini və Çingiz Aytmatovun məzarını ziyarət edib.
“Füyuzat”ın məlumatına görə, bu barədə “Haber Global” məlumat yayıb.
1916-cı il üsyanının xatirəsinə ucaldılan Ürkun abidəsi önünə əklil qoyan Ərdoğan məşhur qırğız xalq şairi Çingiz Aytmatovun abidəsi önünə də əklil qoyub.